XƏBƏRLƏR

AZƏRTAC-ın fotomüxbiri beynəlxalq fotomüsabiqələrin qızıl medallarına layiq görülüb

A+A-
Sıfırla

Gilavar Foto Klubu ictimai birliyinin üzvü, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoşəkilləri Serbiyada keçirilən iki beynəlxalq fotomüsabiqənin qızıl medalına layiq görülüb.

Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FIAP) tərəfindən keçirilən “Photo STAR 2024” fotomüsabiqəsinə dünyanın 40 ölkəsindən 102 iştirakçının 1790 fotoşəkli təqdim olunub. FIAP-ın qızıl medalına İlqar Cəfərovun “Emotions of a weightlifter” fotoşəkli layiq bilinib.

“Gold shadow 2024” fotomüsabiqəsində isə fotomüxbirin «Athlete Willpower» fotoşəkli DIPA-nın (Danube International Photo Assotiation) qızıl medalına layiq bilinib.

Qeyd edək ki, fotoşəkillər mükafatlara “Fotojurnalistika” nominasiyasında layiq görülüb və 2016-cı ildə Braziliyada keçirilən Olimpiya və Paralimpiya oyunlarında çəkilib.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT