Warning: Undefined array key "header_data" in /home/u708019738/domains/gilavar.az/public_html/wp-content/themes/soledad/inc/builder/elements/pb_mobile_menu/front-end.php on line 2

Warning: Undefined array key "header_data" in /home/u708019738/domains/gilavar.az/public_html/wp-content/themes/soledad/inc/builder/elements/pb_logo_mobile/front-end.php on line 2
XƏBƏRLƏR

AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

A+A-
Sıfırla

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) himayədarlığı ilə Serbiyada keçirdiyi “BOKA BAY 2025” beynəlxalq fotomüsabiqəsində dünyanın bir çox ölkəsindən 173 fotoqraf iştirak edib.

Gilavar Foto Klubunun üzvü, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun 2020-ci ildə II Qarabağ müharibəsi zamanı çəkdiyi, erməni ordusunun cəbhə xəttindən aralıda yerləşən Gəncə şəhərini raket atəşinə tutmaqla törətdiyi cinayəti əks etdirən “Evi bombalanmış insan” fotosu Amerika Fotoqrafiya Cəmiyyətinin qızıl medalına layiq görülüb.

Klubun digər üzvü Nadejda Cavadovanın akrobatika gimnastikası zamanı çəkdiyi fotosu fəxri lent qazanıb.

FacebookTwitterWhatsappTelegramEmail