FOTOXƏBƏRLƏR

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov beynəlxalq fotomüsabiqədə 6 mükafata layiq görülüb

A+A-
Sıfırla

“Gilavar Foto Klubu” İctimai Birliyinin üzvü, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov İspaniyanın Barselona şəhərində keçirilən “Photographer 2025” beynəlxalq fotomüsabiqədə altı mükafata layiq görülüb.

Beynalxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) himayədarlığı ilə keçirilən müsabiqəyə dünyanın 55 ölkəsindən 236 fotoqrafın 2749 fotosu qəbul edilib. On nominasiya üzrə keçirilən müsabiqənin altısında İlqar Cəfərovun fotoları da yer alıb.

Ümumiyyətlə, o, indiyədək iştirak etdiyi beynəlxalq fotomüsabiqələrdə dünyanın 46 ölkəsindən 350 mükafata layiq görülüb. Ötən gün isə Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) Excellence FIAP Diamond 2 (EFIAP/d2) fəxri adına layiq görülüb.

Qeyd edək ki, FIAP-ın fəaliyyət göstərdiyi 75 il ərzində İlqar Cəfərov keçmiş SSRİ məkanında bu fəxri ada layiq görülmüş ilk fotoqrafdır.

FacebookTwitterWhatsappTelegramEmail