XƏBƏRLƏR

Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb

A+A-
Sıfırla

Azərbaycan Dövlət Kukla Teatrında “Meksika kuklaları” adlı fotosərgi açılıb.

Tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero layihəni iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından önəmli addım kimi dəyərləndirib.

“Biz hər zaman mədəniyyəti xalqları birləşdirən körpü hesab etmişik. Bu sərgi çox maraqlı və əhəmiyyətlidir. Bu günün əsas mövzusu Meksika kuklalarıdır. Hesab edirəm ki, uşaqlar üçün də çox maraqlı və öyrədici tədbirdir,” – deyə səfir əlavə edib.

Sərginin müəllifi, rəssam Aydın Sadıqov tədbirin ideyasının təqribən üç il əvvəl yarandığını deyib: “Meksikadan əvvəl Çexiyanın kukla sənəti ilə maraqlanmışam. Meksikanın qədim tarixi və simvolikasını bu kuklalar vasitəsilə təqdim etmək maraqlı təcrübədir. Burada döyüşçüləri, inancları və emosiyaları əks etdirən fiqurlar yer alıb”.

Milli Məclisin deputatı, Azərbaycan — Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva sərginin ölkələrarası mədəni əməkdaşlığa xidmət etdiyini qeyd edib. “Bu, Meksika səfirliyinin növbəti uğurlu layihəsidir. Belə təşəbbüslər hər iki ölkənin qədim incəsənətinin tanıdılmasına və münasibətlərin möhkəmlənməsinə xidmət edir. Kukla Teatrı isə öz missiyasına uyğun olaraq bu cür layihələri uğurla reallaşdırır”,- deyə deputat əlavə edib.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail