FOTOXƏBƏRLƏR

Bakıda “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərgi açılıb

A+A-
Sıfırla

Bakıda Dəmiryol Muzeyində “Azərbayca Dəmir Yolları” QSC və “Balakhani Operating Company” LTD-nin təşkilatçılığı ilə “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərginin açılışı olub.

Sərgi XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı əlaqəni əks etdirən nadir arxiv fotolarını təqdim edir. Bu fotoların əksəriyyəti ilk dəfədir ki ictimaiyyətə nümayiş olunur.

Fotolar 21-30 oktyabr tarixlərində Dəmiryol Muzeyində nümayiş etdirildikdən sonra sərgi işini növbəti 10 gündə Sabunçu Dəmiryol Vağzalında davam etdirəcək.

FacebookTwitterWhatsappTelegramEmail