97
Bakıdakı Rus evinin fotoklub layihəsi çərçivəsində Nurziya Xəlilovanın “Gəl. Əbədi nağıl göstərəcəyəm” adlı fərdi fotosərgisinin açılışı olub.
Sərgi Sankt-Peterburqa və Leninqrad vilayətinə həsr edilib.
“Mövzuya köklənmə həddinə yüksələ bilmək heç də təəccüblü görünməməlidir, çünki fotoşəkillərin müəllifinin ixtisası məhz landşaft memarlığıdır”, — məlumatda bildirilib.
Nurziya Xəlilovanın landşaftlarla işləmək qabiliyyətinin özəlliyini sərginin qonaqlarından biri, peşəkar fotoqraf Rüstəm Hüseynov da qeyd edib.
Sərgiyə gələn tamaşaçılar təqdim olunan fotoşəkillərə böyük maraq göstəriblər.
Mənbə: AZƏRTAC