XƏBƏRLƏR

“Bulvarın bir anı” fotomüsabiqəsinin qalibləri müəyyən olunub

A+A-
Sıfırla

Dənizkənarı Bulvar İdarəsi “Bakı Bulvarı”nın yaranmasının 115 illiyinə həsr olunan “Bulvarın bir anı” adlı fotomüsabiqə təşkil edib.

Martın 15-dən aprelin 7-dək keçirilən müsabiqəyə 356 nəfər qatılıb. İştirakçı arasında həm fotoqraflar, həm də həvəskar şəxslər olub. Qalibləri müstəqil ekspertlərdən ibarət münsiflər heyəti müəyyənləşdirib. Müsabiqənin qaliblərinə pul mükafatları təqdim olunacaq.

I yer: Allahkərim Abbasov

II yer: Əlzamin Cəfərov

III yer: Qismət Mehdiyev

Qeyd edək ki, beynəlxalq dərəcəli fotoqraf Allahkərim Abbasov Gilavar Foto Klubu ictimai birliyinin İdarə heyətinin üzvüdür.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT