126
Noyabrın 6-da UEFA Çempionlar Liqasının əsas mərhələsində IV turun növbəti oyunları keçirilib. “Qarabağ” doğma meydanda İngiltərənin “Çelsi” klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada 2:2 hesabı qeydə alınıb.
Qarşılaşmanın 16-cı dəqiqəsində “Çelsi” hesabı açıb. Matçın 29-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Leandro Andrade hesabı bərabərləşdirib.
39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib və Ağdam təmsilçisini hesabda önə çıxarıb. Oyunun 53-cü dəqiqəsində isə rəqib komandanın oyunçusu Alexandro Qarnaço hesabı yenidən bərabərləşdirib.





















