İDMAN

UEFA Çempionlar Liqası: “Qarabağ” Bakıda “Ayntraxt”a qalib gəlib

A+A-
Sıfırla

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasında görüş keçirilib.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matç təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubunun heyətində qolları 4-cü və 80-ci dəqiqələrdə Kamilo Duran, 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub. Rəqib komandada isə 11-ci dəqiqədə Can Uzun, 78-ci dəqiqədə isə Fares Çaibi fərqlənib.

Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb.

FacebookTwitterWhatsappTelegramEmail