XƏBƏRLƏR

Dilavər Nəcəfovun fotosərgisi keçirilir

A+A-
Sıfırla

“İdman həftəsi” çərçivəsində fevralın 28-dən martın 4-dək “Dəniz Mall” Ticarət Mərkəzində bir çox yerli və beynəlxalq idman yarışlarını, olimpiyadaları işıqlandıran tanınmış idman fotoqrafı Dilavər Nəcəfovun yarışlarda çəkdiyi ən maraqlı kadrlardan ibarət fotosərgisi keçiriləcək.

Qeyd edək ki, 50 illik ömrünün 35 ilini foto sənətinə həsr etmiş, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüş Dilavər Nəcəfov Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyinin təsisçisi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin fotoqrafıdır.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT