Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində bu ölkənin Milli Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.
Mərasimdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Düşənbədəki səfiri Əlimirzamin Əskərov, eləcə də Türkiyə, Pakistan, Türkmənistan və digər ölkələrin səfirləri, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.
Burada “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi də tamaşaçılara təqdim olunub.
Sərgi 44 günlük Vətən müharibəsində Ordumuzun şanlı Zəfərinin beşinci ildönümünə həsr edilib. Nümayiş olunan fotolarda otuzillik işğal zamanı erməni vandalizminə məruz qalmış tarix-mədəniyyət abidələri və digər infrastruktur obyektlərinin dağıdılmış vəziyyəti və işğaldan sonra dövlətimiz tərəfindən aparılan bərpa prosesi öz əksini tapıb.