XƏBƏRLƏR

Foto təşkilatlar tərəfindən Prezident İlham Əliyevə məktub ünvanlanıb

A+A-
Sıfırla

Ölkənin aparıcı foto təşkilatları olan Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlanıb. Məktubda deyilir:

Möhtərəm cənab Prezident,

Azərbaycan xalqı uzun illər işğal altında olan torpaqlarına Sizin rəhbərliyiniz və sarsılmaz iradəniz sayəsində qovuşdu. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin qətiyyətli liderliyiniz, müdrik siyasətiniz və yorulmaz fəaliyyətiniz nəticəsində xalqımızın səbirsizliklə gözlədiyi bu arzu gerçəyə çevrildi.

2025-ci il avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində imzalanmış Birgə Bəyannamə təkcə bölgədə uzunmüddətli sülhün və əmin-amanlığın təminatı deyil, həm də gələcək nəsillərin rifahı, əməkdaşlıq və inkişaf üçün möhkəm təməl olacaqdır. Bu tarixi addım Azərbaycanın beynəlxalq nüfuzunun, regiondakı rolunun və sabitliyinin bariz göstəricisidir.

Azərbaycan Fotoqrafiya Federasiyası və “Gilavar Foto Klubu” İctimai Birliyi olaraq ölkə fotoqrafları adından Azərbaycan torpaqlarının azad olunması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi istiqamətində tarixi xidmətlərinizə, ölkəmizin və bölgəmizin sülh, təhlükəsizlik və inkişaf yolunda göstərdiyiniz səylərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Dərin hörmət və ehtiramla,

Dilavər Nəcəfov

Azərbaycan Fotoqrafiya Federasiyasının sədri, fotoqraf

Rəşad Mehdiyev

“Gilavar Foto Klubu” İctimai Birliyinin sədri, beynəlxalq dərəcəli fotoqraf

 

MƏNBƏ: President.az

FacebookTwitterWhatsappTelegramEmail