35
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “ASAN Peşə” layihəsi çərçivəsində növbəti təlim baş tutub. Bu dəfə gənclər peşəkar fotoqraf Süleyman Süleymanlı ilə görüşüblər.
Təlim zamanı iştirakçılar qidaların vizual təqdimatı, işıq və rəng balansının düzgün tətbiqi kimi mövzularla tanış olublar. Bununla yanaşı, təlimin praktiki hissəsində müxtəlif yemək nümunələri üzərində çəkiliş aparılıb.