FOTOXƏBƏRLƏR

Fotoqraf və jurnalist Samir Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirilib

A+A-
Sıfırla

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan yazıçısı və publisisti Aleksandr Xakimovun “Fotokameranın kapitanı” kitabının təqdimatı keçirilib.

Kitab müəllifin təkcə peşəkar əlaqələri deyil, həm də möhkəm dostluq münasibətləri olduğu mərhum Azərbaycan fotoqrafı və jurnalisti Samir Əliyevin xatirəsinə həsr olunub.

Samir Əliyev istedadlı fotoqraf və dövrünün ən yaxşı fotojurnalistlərindən biri idi. O, qısa, lakin parlaq və məhsuldar bir ömür yaşayıb.

Tədbiri giriş sözü ilə açan Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova fotoqrafiyanın tarixdə və keçmişin xatirəsinin qorunmasında mühüm rolunu vurğuladı.

Tarixçi və fotoqraf Rüstəm Hüseynov Azərbaycan fotoqrafının həyat və yaradıcılığına həsr olunmuş kitabın əhəmiyyətini qeyd edib və Samir Əliyevin ən maraqlı obrazları, yaradıcılıq üslubu və fotojurnalist üslubunun fərqli xüsusiyyətləri haqqında ətraflı danışıb. O, həmçinin “IRS” jurnalının “Fotoqrafik irs” layihəsi, eləcə də Samir Əliyevin yaradıcılığı ilə bağlı araşdırmaları haqqında məlumat verib.

Sonra nəşrin müəllifi Aleksandr Xakimov kitabın konsepsiyasının necə yarandığı və inkişaf etdiyi barədə danışıb. O, dostu və həmkarı Samir Əliyevlə bağlı xatirələrini, onunla əməkdaşlığının təfərrüatlarını və həm reallaşdırılan, həm də həyata keçirilməmiş müxtəlif layihələr barədə fikirlərini bölüşüb. Kitab fotoqraf və jurnalistin fotoşəkilləri ilə illüstrasiya olunub.

Tədbirdə çıxış edən tanınmış Azərbaycan fotojurnalistləri çoxlarının şəxsən tanıdığı Samir Əliyev haqqında ətraflı bəhs ediblər. Fotoqraf Tofiq Babayev həmkarı ilə bağlı xoş xatirələrini bölüşüb və onun fotojurnalist kimi peşəkarlığından danışıb. Fotoqraf Semyon Şalmeyev də həmkarı ilə bağlı maraqlı xatirələri paylaşıb.

Təqdimat səmimi ab-havada keçib, Samir Əliyevin dostları və həmkarları onun həyat və karyerasının təfərrüatlarını, yaradıcılıq uğurlarını və maraqlı epizodları müzakirə ediblər.

FacebookTwitterWhatsappTelegramEmail