XƏBƏRLƏR

Fotoqrafiya Kitabxanasına “Fotokompozisiya” adlı kitablar hədiyyə edilib

A+A-
Sıfırla

Gilavar Foto Klubu ictimai birliyin İdarə Heyətinin sədri, fotoqraf Rəşad Mehdiyev ilə Azərbaycan Kinomatoqrafçılar İttifaqının icraçı katibi, rejissor Əli İsa Cabbarov arasında görüş keçirilib.

Görüş zamanı Gilavar Foto Klubu, klub tərəfindən həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib. Azərbaycanda foto sənətinin inkişaf etdirilməsi, gələcəkdə bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Kinomatoqrafçılar İttifaqı tərəfindən təkrar nəşr olunan 5 ədəd “Fotokompozisiya” adlı kitab Azərbaycan Fotoqrafiya Federasiyasının və Gilavar Foto Klubu ictimai birliyinin kitabxanasına hədiyyə edilib.

FacebookTwitterWhatsappTelegramEmail