XƏBƏRLƏR

Gilavar Foto Klubu ictimai birliyinin ümumi yığıncağı keçirilib

A+A-
Sıfırla

Noyabrın 8-i “Zəfər günü”ndə “Gilavar Foto Klubu” ictimai birliyinin üzvlərinin onlayn formatda növbəti ümumi yığıncağı keçirilib.

Birliyin İdarə Heyətinin sədri Rəşad Mehdiyev iclası açaraq Birlik tərəfindən görülən işlər və gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirilib ki, Birlik tərəfindən Azərbaycan foto sənətinin inkişafı istiqamətndə xeyli işlər görülüb, yerli və beynəlxalq fotomüsabiqələr, fotosərgilər, qrant, foto və sosial layihələr həyata keçirilib. Növbəti illərdə də bu cür layihələrin davamlı keçirilməsi nəzərdə tutulur. Qeyd edilib ki, səlahiyyət müddətinin bitməsi ilə əlaqadar olaraq yeni İdarə Heyətinin formalaşdırılması zəruridir. İdarə Heyətinin yeni tərkibi üçün namizədlər haqqında məlumat verilib.

Daha sonra Birliyin İdarə Heyətinə yeni üzvlər seçilib. Yekunda qaldırılan məsələlər yekdilliklə qəbul olunub.

Ümumi yığıncağın qərarı ilə “Gilavar Foto Klubu” ictimai birliyinin yeni İdarə Heyəti aşağıdakı heyətlə təsdiq edilib:

Rəşad Mehdiyev — İdarə Heyətinin sədri

Dilavər Nəcəfov — İdarə Heyətinin sədr müavini

Rauf Umudov — İdarə Heyətinin üzvü

Allahkərim Abbasov — İdarə Heyətinin üzvü

İsgəndər Qənbərov — İdarə Heyətinin üzvü

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT