XƏBƏRLƏR

Gilavar Foto Klubu mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin qalibi olub

A+A-
Sıfırla

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 4 iyul – 2 avqust 2024-cü il tarixlərində qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi keçirilib. Qrant müsabiqəsinə qeyri-hökumət təşkilatları tərəfindən 192 layihə təqdim olunub.

Ekspert komissiyası tərəfindən regional əhatəlilik, çoxtərəfli əməkdaşlıq, innovativlik, müxtəliflik və inklüzivlik, davamlılıq prinsiplərinə əsasən layihə təkliflərinin qiymətləndirilməsi həyata keçirilib. Mədəni və yaradıcı sənayelərin kino, animasiya, tətbiqi sənət, musiqi, fotojurnalistika, kitab, rəqəmsallaşdırma və mədəni irs sahələri üzrə seçilmiş 29 layihənin qrant maliyyələşdirilməsi ilə bağlı qərar verilib.

Qalib layihələr arasında “Gilavar Foto Klubu” ictimai birliyinin “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” layihəsi də var.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT