FOTOXƏBƏRLƏR

“Gilavar Foto Klubu”nun sədri Xankəndidə panel müzakirədə çıxış edib

A+A-
Sıfırla

Oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsi keçirilib.

Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlunun moderatorluğu ilə keçirilən müzakirələrdə spikerlər Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov, “Gilavar Foto Klubu”nun rəhbəri Rəşad Mehdiyev, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova olub.

“Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev 2025-ci ildə rekorda imza atdıqlarını bildirib. Belə ki, bu il “Gilavar Foto Klubu” İctimai Birliyi təklikdə 4 xarici ölkədə — Almaniya, Fransa, Belçika, Niderlandda tədbirlər keçirməyə nail olub. O, rəhbərlik etdiyi təşkilatın təcrübəsini bölüşüb, hər bir ölkədə yerli tərəfdaşlar tapılmasının kritik əhəmiyyətini izah edib.

Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayının əvvəlki illərlə müqayisədə 3.5 dəfə artmasını mühüm göstərici adlandırıb. Müqayisə üçün bildirib ki, əgər 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-ləri cəmi 1 xarici ölkədə 7 tədbir keçirmişdisə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir baş tutub.

Yekunda əminlik ifadə edilib ki, qarşıda Azərbaycan vətəndaş cəmiyyətini yeni imkanlar və böyük uğurlar gözləyir. O da vurğulanıb ki, əldə edilmiş nəaliyyətlər arxayınlaşmağa səbəb olmamalı, əksinə, QHT-ləri daha çox çalışmağa sövq etməlidir.

FacebookTwitterWhatsappTelegramEmail