21
“Gilavar Foto Klubu” ictimai birliyinin üzvləri beynəlxalq foto təşkilatlar tərəfindən növbəti dəfə fəxri mükafatlar əldə ediblər.
2024-cü il ərzində Banqladeşin Agile Fotoqrafiya Cəmiyyəti (APS) tərəfindən təşkil edilən müxtəlif fotomüsabiqələrdə uğurlu iştirak etdiklərinə görə beynəlxalq dərəcəli fotoqraflar Valeriy Xlızov Master (M.APS) və Aleksandr Firstov Genius (G.APS) fəxri sertifikatlara layiq görülüb.
Bundan əlavə Birliyin sədri Rəşad Mehdiyev də Hindistanın Green Go fotoklubunun fəxri diplomu təqdim olunub.