FOTOXƏBƏRLƏR

Gilavar Foto Klubunun üzvləri Azərbaycanın Fransadakı Səfirliyində olublar

A+A-
Sıfırla

“Gilavar Foto Klubu” İctimai Birliyinin üzvləri “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsi çərçivəsində Avropanın bir neçə şəhərinə, o cümlədən Fransanın paytaxtı Paris şəhərinə səfər ediblər.

Fotoqraflar Rəşad Mehdiyev, Kərim Abbasov və Yaqub Cəfərov Azərbaycan Respublikasının Fransadakı Səfirliyində olub və səfir Leyla Abdullayeva ilə görüşüblər. Görüş zamanı layihə iştirakçıları Azərbaycanın mina qurbanlarına həsr olunmuş layihə, fotosərgilərin məqsədləri və həyata keçirilmiş işlər barədə məlumat veriblər.

Xanım səfir və səfirliyin əməkdaşları sentyabrın 30-da Parisin mərkəzi “Respublika meydanı”nda baş tutacaq fotosərgiyə dəvət olunublar.

Birliyin üzvləri səfirə “Xan qızı” Natəvanın Şuşadakı dağıdılmış evi əks olunan foto əsəri hədiyyə olaraq təqdim ediblər.

Sonra, layihə iştirakçıları Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə yaxından tanış olublar. Məlumat verilib ki, bu mərkəz Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşəbbüsü ilə yaradılıb.

FacebookTwitterWhatsappTelegramEmail