Warning: Undefined array key "header_data" in /home/u708019738/domains/gilavar.az/public_html/wp-content/themes/soledad/inc/builder/elements/pb_mobile_menu/front-end.php on line 2

Warning: Undefined array key "header_data" in /home/u708019738/domains/gilavar.az/public_html/wp-content/themes/soledad/inc/builder/elements/pb_logo_mobile/front-end.php on line 2
XƏBƏRLƏR

Gilavar Foto Klubunun üzvləri növbəti beynəlxalq fəxri adlara layiq görülüblər

A+A-
Sıfırla

Gilavar Foto Klubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər.

İldə bir dəfə təqdim olunan fəxri adlara bu il Nadejda Cavadova Beynəlxalq Foto Sənəti Federasiyasının “Mükəmməlik/gümüş”, Valeriy Xlızov “Mükəmməlik/qızıl”, İlqar Cəfərov isə “Mükəmməlik/almaz 1” dərəcələrini əldə ediblər.

Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun fəxri adlarını əldə etmək üçün fotoqraflar xüsusi qaydalara əməl etməklə FIAP himayədarlığı altında dünyanın müxtəlif ölkələrində keçirilən fotomüsabiqələrdə iştirak etməli, onların təqdim etdiyi fotolar bədii və texniki ustalıq baxımından bəyənilməli, mükafatlar qazanmalıdır.

FacebookTwitterWhatsappTelegramEmail