6
“Gilavar Foto Klubu” ictimai birliyinin İdarə Heyətinin üzvü, peşəkar fotoqraf Allahkərim Abbasov Avropa Fotoqraflar Federasiyasının (FEP) üzvü statusunu, Gürcüstan Fotoqraflar Asssoiasiyasının “Ustad” (Master) dərəcəsini əldə edib.
Qərargahı Belçikanın Brüssel şəhərində olan Avropa Fotoqraflar Federasiyası 1999-cu ildə yaradılıb və qitənin aparıcı beynəlxalq foto təşkilatıdır.
Qeyd edək ki, Allahkərim Abbasov Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Asiya Fotoqraflar Birliyinin üzvüdür. Bundan əlavə Beynəlxalq Foto Sənəti Federasiyasının, Gürcüstan Fotoqraflar Asssoiasiyasının, Türkiyə, Hindistan və Misir fotoklublarının fəxri ad və dərəcələrinə sahibdir.