FOTOXƏBƏRLƏR

“Gilavar Foto Klubu”nun üzvü “İlin fotoreportyoru” mükafatına layiq görülüb

A+A-
Sıfırla

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir çərçivəsində il ərzində fərqlənən idmançıları, media qurumları və onların nümayəndələrini mükafatlandırıb. Laureatlar arasında “Gilavar Foto Klubu” İctimai Birliyinin üzvü fotoqraf Elşən Ağalarov da yer alıb. Belə ki, Elşən Ağalarov “İlin fotoreportyoru” adına layiq görülüb.

Qeyd edək ki, AİJA Azərbaycan idman mediasının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropaya və dünyaya inteqrasiya, müasir idmanın problemlərinin və ən aktual məsələlərinin ölkənin idman ictimaiyyətinə, idmansevərlərə və peşəkarlara çatdırılması, media əməkdaşlarının peşə ustalıqlarının artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.

FacebookTwitterWhatsappTelegramEmail