FOTOXƏBƏRLƏR

Gilavar Foto Klubunun üzvü Ruslan Hacızadə növbəti beynəlxalq dərəcəsini qazanıb

A+A-
Sıfırla

“Gilavar Foto Klubu” ictimai birliyinin üzvü, beynəlxalq dərəcəli fotoqraf Ruslan Hacızadə növbəti beynəlxalq foto dərəcəyə layiq görülüb.

Fotoqraf Türkiyənin ən böyük fotoklublarından olan Sille Sanat Sarayının “SSS/Soil” beynəlxalq dərəcəsini qazanıb. Ruslan Hacızadə 2022-ci ildən adıçəkilən klubun üzvüdür.

Qeyd edək ki, Ruslan Hacızadə buna qədər Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Qlobal Fotoqraflar Birliyinin (GPU) müxtəlif dərəcələrinə də layiq görülüb.

FacebookTwitterWhatsappTelegramEmail