17-19 noyabr tarixlərində Bakı Ekspo Mərəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF) keçirilib.
Mentor Aytac Əliyevanın “Thinkers” komandası – 5-ci sinif şagirdləri Nuray Cəfərli və Fehruz Yusifli Festivalda “Rolling Minds” kateqoriyası üzrə 1-ci yerə layiq görülüb.
STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub. STEAM təhsil metodu 5 əsas disiplinin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər.
Qeyd edək ki, Nuray Cəfərli “Gilavar Foto Klubu” İctimai Birliyinin üzvü, peşəkar fotoqraf Zamin Cəfərovun qızıdır.








