9-23 sentyabr tarixlərində Türkiyədə 3-cü Beynəlxalq Edremit Foto Festivalı təşkil edilib.
Festivala dünyanın 25 ölkəsindən 66 fotoqraf qatılıb. Azərbaycanı bu tədbirdə bu dəfə də Gilavar Foto Klubu ictimai birliyi təmsil edib.
Festival çərçivəsində keçirilən beynəlxalq fotomüsabiqədə “Gilavar Fotoqrafiya Məktəbi”nin tələbələri də iştirak ediblər. Azərbaycanlı tələbə fotoqraflardan Şamil Cəfərov gümüş, Nərmin Əliyeva isə bürünc medal əldə ediblər. Rüqəyya Səfərova, Leyla Ağayeva və Rasim Salehli isə fəxri lentə layiq görülüblər.
Ümumilikdə, festivalda mükafat qazanan bütün iştirakçılara əlavə olaraq sertifikatlar da təqdim olunub.
Azərbaycanlı fotoqraflara mükafatların təqdim edilməsi “Gilavar Fotoqrafiya Məktəbi” layihəsinin bağlanış mərasimində təqdim edilməsi nəzərdə tutulur.