XƏBƏRLƏR

İctimai şura üzvləri ilə görüş keçirilib

A+A-
Sıfırla

Energetika nazirinin müavini Elnur Soltanov nazirlik yanında İctimai şuranın üzvləri ilə görüşüb.

Görüşdə İctimai şura üzvləri Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eləcə də COP29 beynəlxalq konfransının cari ilin noyabrında ölkəmizdə təşkili kontekstində yaşıl enerji və enerji səmərəliliyi sahələrinin inkişafı üzrə həyata keçirilən tədbirlərlə bağlı öz dəstəklərini ifadə ediblər. Nazir müavini bu istiqamətdə görülən işlərlə bağlı ümumi məlumat verərək İctimai şura tərəfindən müvafiq sahədə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb və fəaliyyətlərinin davamlı olmasını dəstəkləyib.

Görüşdə, həmçinin ənənəvi və bərpa olunan enerji sahələrində görülən işlərlə bağlı rəy və təkliflər dinlənilib.

Qeyd edək ki, “Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev Energetika Nazirliyi yanında İctimai şuranın üzvüdür.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT