XƏBƏRLƏR

İdman federasiyalarına Gilavar Foto Klubu barədə məlumat verilib

A+A-
Sıfırla

Martın 13-də gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 13-cü görüşünü növbəti dəfə də 2024-cü ilin “İdman Paytaxtı” Quba şəhərində keçirib.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə nazir Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Gilavar Foto Klubu ictimai birliyinin nümayəndəsi Elnur Abbasov idman fotoqraflarının fəaliyyəti, gələcək perspektivlər mövzusunda çıxış edib, klub barədə məlumat verib.

Görüşdə nazirliyin müvafiq şöbələrinin müdirləri, eləcə də regional gənclər və idman idarələrinin rəisləri də iştirak ediblər.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT