XƏBƏRLƏR

“İlin ən yaxşı idman fotoqrafları” məlum olub

A+A-
Sıfırla

Yanvarın 9-da ilin idman yekunları ilə bağlı qala mərasimi təşkil edilib. Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb.

Tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.

Qala mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Nazir Prezident İlham Əliyevin ötən ilin idman yekunları ilə bağlı olan tədbirdə idman ictimaiyyətinin bir sıra nümayəndələrini mükafatlandırdığını diqqətə çatdırıb. O, bu addımın idmançılara stimul verdiyini bildirib. F.Qayıbov 2025-ci ilin idmanımız üçün daha da uğurlu olacağına inandığını bildirib.

Daha sonra 2024-cü ilin idman yekunları barədə hesabat videoçarxı təqdim edilib. Ardınca federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mərasimdə ilin ən yaxşı idman fotoqrafları da açıqlanıb. Birinci yerə Zaur Mustafayev layiq görülüb. İkinci Nadejda Cavad, üçüncü isə İslam Atakişiyev olub. Qaliblərə mükafatı Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təqdim edib.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT