XƏBƏRLƏR

İtaliyada Azərbaycan Mədəniyyəti Həftəsi keçirilib

A+A-
Sıfırla

Sentyabrın 1-dən 5-dək İtaliyanın Kassine şəhərində Azərbaycan Mədəniyyəti Həftəsi keçirilib. Tədbir “Sən1Sən” Beyin Mərkəzi tərəfindən XVII əsrə aid “Palazzo Mandrilli”də təşkil edilib.

Tədbirin keçirilməsində məqsəd ölkələrimiz arasında mədəni əlaqələrin gücləndirilməsinə və Azərbaycan incəsənətinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.

Mədəniyyət həftəsi ərzində bir sıra foto və rəsm sərgiləri baş tutub. Ümumilikdə 5 gün ərzində 200-dək rəsm və fotolar nümayiş etdirilib.

Belə sərgilər azərbaycanlı rəssam və fotoqraflar üçün xarici əlaqələrin inkişaf etdirilməsinə dəstək verir.

Mədəniyyət həftəsi çərçivəsində keçirilən hər bir sərgi İtaliya və Azərbaycan mətbuatında, həmçinin sosial mediada geniş işıqlandırılıb. Tədbirdə Kassine şəhərinin meri, Kassine və ətraf şəhərlərdə (o cümlədən, Genoa, Milan, Turin) yaşayan azərbaycanlı həmyerlilərimiz, incəsənətə maraq göstərən İtaliya vətəndaşları və xarici turistlər iştirak ediblər.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail