7
Keltsedə Azərbaycandakı Polşa irsi haqqında foto-sərgi təşkil olunub.
Bu barədə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova “X”də yazıb.
Diplomat bildirib ki, Keltse təkcə ticarət sərgiləri ilə deyil, həm də yazıçı Stefan Jeromskinin irsi ilə məşhurdur: “O, XX əsrin əvvəllərində Bakını təsvir edən “Erkən bahar” (Przedwiośnie) əsərinin müəllifidir. Stefan Jeromski adına məktəbin şagirdləri ilə görüşmək də çox xoş oldu”.
Mənbə: REPORT