XƏBƏRLƏR

Laçında “Zamanın qanadlarında: Laçın” adlı fotosərgi təşkil olunub

A+A-
Sıfırla

Avqustun 26-da Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə keçirilən Laçın Şəhəri Günü ilə bağlı fotosərgi təşkil olunub.

Arxivi fotolardan ibarət “Zamanın qanadlarında: Laçın” adlı fotosərginin açılışında rəsmi qonaqlar və rayon ictimaiyyəti iştirak edib.

Sərgidə tarixi fotolarla yanaşı, Laçının son zamanlar inkişafından və quruculuğundan bəhs edən, habelə təbiət mənzərələrini özündə əks etdirən fotolar sərgilənib.

Fotosərgi zamanı Ələsgər Ələkbərov, İlqar Cəfərov, Araz Adil oğlu, Fərqanə Qasımlı, Arif Ələkbər, Vüqar İbadov, Etibar Cəfərov, Amira Süleyman, Aydın Mehdiyev, Ayxan Əhmədov, Asif Mustafazadə, Mirnaib Həsənoğlu, Fərid Cəfərzadə və Famil Mahmudbəylinin fotoları yer alıb.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT