Warning: Undefined array key "header_data" in /home/u708019738/domains/gilavar.az/public_html/wp-content/themes/soledad/inc/builder/elements/pb_mobile_menu/front-end.php on line 2

Warning: Undefined array key "header_data" in /home/u708019738/domains/gilavar.az/public_html/wp-content/themes/soledad/inc/builder/elements/pb_logo_mobile/front-end.php on line 2
XƏBƏRLƏR

Naxçıvanda “Fotojurnalistika” adlı təlim keçirilir

A+A-
Sıfırla

Naxçıvan Təlim Mərkəzi və “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə “Fotojurnalistika” mövzusunda təlimə start verilib.

Naxçıvan şəhərindəki “Saat Meydanı”nda tanınmış fotoqraf Mirnaib Həsənoğlunun keçdiyi təlimdə “Şərq qapısı” qəzetinin və bir sıra dövlət qurumlarının fotoqrafları iştirak ediblər. Təlimin əsas məqsədi regionda fotoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarını artırmaq, onların müasir fotojurnalistika trendləri ilə tanış olmalarına şərait yaratmaqdır.

“Şərq qapısı” qəzetinin məsul katibi Ruhiyyə Rəsulova bildirib ki, martın 7-dək keçiriləcək təlim vasitəsilə peşəkar fotoqraf çoxillik təcrübəsini nəzəri və praktiki olaraq iştirakçılarla paylaşacaq. Təlim müddətində nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər də olacaq ki, bu da iştirakçıların real çəkiliş təcrübəsi qazanmasına şərait yaradacaq.

Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu iştirakçılara təlimin fotojurnalistikaya dair bilikləri artırmaq və bu sahədə öz bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün böyük fürsət olduğunu qeyd edib.

Təlim müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, ustad fotoqrafın tövsiyələrindən yararlanaraq peşəkar yanaşma metodlarını mənimsəməyə səy göstəriblər. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlim Ordubad şəhərində də keçiriləcək. Sonda iştirakçılara sertifikat təqdim olunacaq.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail