160
“İdman həftəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov martın 2-də idman fotoqrafları ilə görüşüb.
Gilavar Foto Klubu ictimai birliyinin təşəbbüsü ilə keçirilən görüşdə idman fotoqraflarını narahat edən məsələlərlə maraqlanan nazir onların təkliflərini dinləyib, bu sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb. İdman yarışlarının daha effektiv işıqlandırılması, idman fotojurnalistikasının inkişafı məqsədilə birgə layihələrin mümkünlüyü qeyd edilib.
Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyi bu cür görüşlərin digər dövlət qurumlarının rəhbər şəxsləri ilə də keçirilməsi istiqamətində işlər aparır.