FOTOXƏBƏRLƏR

PA rəsmisi: “Gilavar Foto Klubu” İctimai Birliyi 4 xarici ölkədə tədbirlər keçirib

A+A-
Sıfırla

Sentyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

Forumda Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev çıxış edərək son dövrlər QHT-lərin inkişaf göstəricilərindən danışıb. Çıxış zamanı T.Əliyev “Gilavar Foto Klubu” İctimai Birliyinin həyata keçirdiyi layihəyə də toxunub: “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 3,5 dəfə artıb. Əgər 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-ləri cəmi 1 xarici ölkədə 7 tədbir keçirmişdisə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir baş tutub. 2025-ci ildə isə fərqli rekordlarla yadda qalacaq.

Əgər ötən il Agentliyin donorluğu ilə bütün QHT-lər 7 xarici ölkədə tədbirlər keçiribsə, bu il “Gilavar Foto Klubu” İctimai Birliyi təklikdə 4 xarici ölkədə — Almaniya, Fransa, Belçika, Niderlandda tədbirlər keçirməyə nail olub. Bu, ağır zəhmətin, aylarla davam edən yazışmaların, inadın, güclü komanda işinin, düzgün əlaqələndirmənin uğur hekayəsidir”.

Mənbə: QHT.AZ

FacebookTwitterWhatsappTelegramEmail