FOTOXƏBƏRLƏR

Paris Sülh Forumu çərçivəsində Azərbaycanın iqlim çağırışlarına həsr olunmuş fotosərgi keçirilib

A+A-
Sıfırla

Paris Sülh Forumu çərçivəsində Azərbaycanın təbiətinə, ölkəmizin zəngin biomüxtəlifliyinə, həmçinin iqlim dəyişikliyinin ətraf mühitə və xüsusilə Xəzər dənizinə təsirlərinə həsr olunmuş fotosərgi keçirilib.

Sərgi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, COP29 Sədrliyi və Azərbaycanın Fransadakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Tədbirdə forumun iştirakçıları, beynəlxalq təşkilatların nümayəndələri və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən COP29-un Prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev ölkəmizin yaşıl inkişaf strategiyası, ekoloji bərpa və iqlim diplomatiyası istiqamətində həyata keçirilən genişmiqyaslı təşəbbüslər barədə məlumat verib. O, Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal səylərə fəal töhfə verdiyini və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

Sərgi iştirakçıları Azərbaycan tərəfindən iqlim çağırışlarının azaldılması, təbiətin mühafizəsi və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail