47
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev yeni tərkibdəki Şura üzvləri haqqında məlumat verib.
Görüşdə İctimai Şura üzvləri fikir və təkliflərini bildirib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.
Qeyd edək ki, “Gilavar Foto Klubu” İctimai Birliyi İdarə Heyətinin sədri Rəşad Mehdiyev ANAMA yanında İctimai Şuranın üzvüdür.