6
Sentyabrın 16-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Keçirilən səsvermənin nəticələrinə, eləcə də qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 9 namizəd ANAMA yanında İctimai Şuranın üzvü seçilib.
Namizədliyi irəli sürülmüş şəxslərin hər biri minatəmizləmə, maarifləndirmə, minadanzərəçəkənlərə yardım, ölkəmizin mina problemini dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində müvafiq təcrübəyə malikdirlər.
İctimai Şuraya seçilənlər arasında “Gilavar Foto Klubu” İctimai Birliyi İdarə Heyətinin sədri Rəşad Mehdiyev də var.