XƏBƏRLƏR

“Təbiətin səssiz musiqisi” adlı fotosərgi keçirilib

A+A-
Sıfırla

Fevralın 15-də “QGallery” sərgi salonunda səyyah-fotoqraf Əli Əkbərin “Təbiətin səssiz musiqisi” adlı ilk fərdi fotosərgisi keçirilib.

Sərginin müəllifi Əli Əkbər diqqətə çatdırıb ki, burada müxtəlif illərdə çəkdiyi 60-a yaxın foto yer alıb. “Əvvəllər fotoları müəyyən bir mövzu ətrafında çəkməyi düşünürdüm. Sərgini bu ad altında təqdim etməyimin səbəbi odur ki, hər bir foto öz ab-havasını, öz enerjisini daşıyır. Həmçinin bu vasitə ilə istənilən fotonun ruhunu və təsirini duymaq daha doğru olar”, — deyə o əlavə edib.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail