Şəkilli sənəd almaq üçün “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlar mütləq foto çəkdirməlidirlər. Böyük vətəndaşlarla bu prosedur çox rahatlıqla baş verir. Lakin balaca vətəndaşların foto çəkdirmək təcrübəsi fərqli emosiyalarla yadda qalır.
“ASAN xidmət” uşaqlarla olan maraqlı anların fotolarını Facebook sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin təşkilində müasir innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaşlara xidmət göstərilir.