XƏBƏRLƏR

Varşavada “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı fotosərgi açılıb

A+A-
Sıfırla

Varşava şəhərinin mərkəzi küçəsində yerləşən Tvardovski meydanında Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı fotosərginin açılışı olub.

Sərgidə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış edərək İrəvan xanlığının təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynadığını bildirib. İrəvan xanlığının tarixinin Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəniyyət tarixinin tərkib hissəsi olduğunu vurğulayıb. N.Qurbanova İrəvan şəhəri və onun ətrafında hidronim və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olmasının bu ərazinin azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu sübut etdiyini diqqətə çatdırıb və XIX əsrin sonu XX əsrin əvvəllərində İrəvanda Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa Xan və s. kimi çoxlu sayda Azərbaycan adına küçələrin mövcud olduğunu bildirib.

Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Qaya Məmmədov mədəni irsin ümumbəşəri dəyər olduğunu qeyd edərək, indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin məhv edilməsinə dünya ictimaiyyətinin biganə qalmamalı olduğunu vurğulayıb.

Açılışda Polşada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, dini icmalarının nümayəndələri və Azərbaycan diasporu fəalları iştirak edib.

FacebookTwitterWhatsappTelegramEmail