FOTOXƏBƏRLƏR

Yaşıl baxış: təbiət və fotoqrafiya sənəti” mövzusunda gənclər üçün təlim keçirilib

A+A-
Sıfırla

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “Yaşıl baxış: təbiət və fotoqrafiya sənəti” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlim zamanı fotoqraf Aleksey Lyokin iştirakçılarla təbiət fotoqrafiyasının əsas prinsipləri, kadr seçimi, işıq və kompozisiya balansı barədə təcrübəsini bölüşüb. O, həmçinin ətraf mühitin qorunması ideyalarının vizual sənət vasitəsilə necə təsirli şəkildə çatdırıla biləcəyini izah edib.

İnteraktiv müzakirə formatında keçən təlimdə gənclər təbiətdən çəkilmiş müxtəlif fotolar üzərində fikir mübadiləsi aparıb, ekoloji motivli çəkilişlərdə emosional təsir və estetik dəyərlərin harmoniyasını formalaşdırmağın yollarını öyrəniblər.

Təlimin məqsədi gənclər arasında təbiətin gözəlliklərinə diqqəti artırmaq, ekoloji dəyərlərin incəsənət vasitəsilə təbliğini gücləndirmək və fotoqrafiyanın ekoloji maarifləndirmədəki roluna dair bilikləri dərinləşdirmək olub.

FacebookTwitterWhatsappTelegramEmail