FOTOXƏBƏRLƏR

Zəfər Günü münasibətilə Vyanada fotosərgi təşkil olunub

A+A-
Sıfırla

 

8 Noyabr – Zəfər Günü münasibətilə Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Arts Council Azerbaijan” təşkilatının kolleksiyasında olan, fotoqraf Murad Orucovun müəllifi olduğu “Qələbə sevinci“ adlı fotosərgi və bayram konserti təşkil edilib.

Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzinin və Arts Council Azerbaijan təşkilatının birgə təşkil etdiyi tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri Leyla Qasımova bildirib ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli“ elan olunub və tam beş il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa edərək, suverenlik və ərazi bütövlüyümüzü bərqərar edib.

Avstriyadakı səfirimiz Rövşən Sadıqbəyli bildirib ki, Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyi olan Şuşa şəhərinin azad edilməsi ilə xalqımız şanlı Zəfərə imza atıb və 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdı.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov sərgi barədə fikirlərini bölüşüb. O qeyd edib ki, bu sərgi siyasət haqqında deyil, duyğular haqqındadır. Qələbənin insani tərəfi — insanların sevincli simaları, birliyi haqqındadır. Fotoqraf Murad Orucovun obyektivindən döyüşü və əsgərləri deyil, işığı və sülhü görmək mümkündür və hər bir foto canlı tarixdir. Çünki incəsənət sözlər olmadan da yaddaşı qorumaq gücünə malikdir.

Çıxışlardan sonra tədbir iştirakçılarına “Zəfər — 44 gün” adlı videoçarx nümayiş olunub.

Sonra Vyanada yaşayan azərbaycanlı musiqiçi Fərid Feyzullayevin rəhbərlik etdiyi orkestr Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə çıxış ediblər.

Mənbə: AZƏRTAC

FacebookTwitterWhatsappTelegramEmail