İDMAN

2023 Formula 1 Azərbaycan Qran Prisinin qalibləri mükafatlandırılıb

A+A-
Sıfırla

Aprelin 30-da 2023 Formula 1 Azərbaycan Qran Prisi üzrə əsas yarış keçirilib. Öncə turnirin rəsmi açılışı keçirilib və yarışa start verilib. İki saat davam edən yarış nəticəsində Red Bull komandasının pilotu Serxio Peres qalib olub. İkinci yerdə S.Peresin komanda yoldaşı Maks Ferstappen, üçüncü yerdə isə “Ferrari”dən Şarl Lekler qərarlaşıb.

Daha sonra 2023 Formula 1 Azərbaycan Qran Prisinin qalibləri mükafatlandırılıb. Qalibə və mükafatçılara mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) direktoru Maqsud Fərzullayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Məhəmməd Ben Sulayemi təqdim ediblər.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT