9
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi beynəlxalq müsabiqələrdə qalib olaraq mükafatlara layiq görülüb.
Nazirlik təşkilatın “WSIS Photo 2025” foto müsabiqəsinin də qalibi olub. Nazirliyin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşının çəkdiyi foto yüzlərlə şəkil arasından 10 qalibdən biri seçilib. Şəkil 7-11 iyul tarixlərində İsveçrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin “WSIS+20 High-Level Event 2025” sərgisində nümayiş olunur.