168
Aprelin 7-də Kəlbəcər rayonunun Ağdaban kənd sakinləri 31 il sonra doğma kəndlərinə səfər ediblər. Öncə Ağdaban faciəsinin qurbanları anılıb. Daha sonra kənd sakinləri Ağdaban qəbiristanlığında olub və öz doğmalarının məzarlanırı ziyarət ediblər.
Qeyd edək ki, bir neçə gün öncə Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkarlanıb. Ərazidə POMZ-2M tipli piyada əleyhinə minaların məftil çəkmə üsulu ilə qurulduğu müəyyənləşdirilib. Bu tip minalar dairəvi şəkildə məhvetmə radiusuna malikdir və üzərindəki qəlpələrin parçalanması ilə ciddi fəsadlar yaradır.