İDMAN

Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib

A+A-
Sıfırla

28-30 aprel tarixlərində 2023 Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək. Turnirin ilk günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Formula 1 sıralama yürüşündə «Ferrari» pilotu Şarl Lekler yarışın birincisi olub. «Red Bull»un pilotu Maks Ferstappen ikinci, «Red Bull”un digər pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

Formula 2 komandalarının sıralama yürüşündə isə Preme Racing” komandasının pilotu Oliver Berman qalib olub. 30 dəqiqə davam edən yürüşdə “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü yerdə qərarlaşıb.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT