REPORTAJ

Kütləvi məzarlıqda qalıqları aşkarlanan 7 nəfərlə vida mərasimi keçirilib

A+A-
Sıfırla

Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərlə vida mərasimi keçirilib.

Vida mərasimində Xocalı soyqırımı qurbanlarının yaxınları, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim Bərdə rayonundakı məcburi köçkünlər üçün salınmış şəhərcikdə baş tutub.

Daha sonra kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfər dəfn edilməsi üçün Xocalı rayonuna yola salınıb. Onlar Xocalı şəhərində salınmış Şəhidlər xiyabanında torpağa tapşırılacaqlar.

Dəfn olunacaq şəxslər aşağıdakılardır:

  1. Əliyev Ağaəli Naib oğlu — 01.06.1933-cü il;

  2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il;

  3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il;

  4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;
  5. Cavadov Əli Müsül oğlu — 15.06.1954-cü il;

  6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il;


7. Nəcəfov Şiraslan Qəmiş oğlu — 1952-ci il təvəllüdlü.

FacebookTwitterWhatsappTelegramEmail

MƏLUMAT